Gündəm / Cəmiyyət
08 iyul 2024
2

Türkiyə ordusu İraqın şimalında PKK-ya məxsus hərbi sursatı ələ keçirib



Türkiyə ordusu İraqın şimalındakı Hakurk bölgəsində PKK terror qruplaşmasına məxsus ümumi sayı 2 min 300-ə yaxın olan hərbi sursatı ələ keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə ordusu terrorçuların silah arsenalının ələ keçirilməsinə hədəflənmiş əməliyyatları davam etdirir.