Gündəm / Cəmiyyət
08 iyul 2024
0

"Yanardağ” qoruğunun iş saatları artırılıb


Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun iş saatları artırılıb.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, ziyarətçilərin çoxsaylı müraciətləri əsasında verilən qərara görə, iyulun 10-dan “Yanardağ” qoruğu yay mövsümü boyunca hər gün səhər 10:00-dan axşam saat 22:00-a qədər ziyarətçilərə xidmət göstərəcək.