Gündəm
22 oktyabr 2020
39

Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

Milliinfo.az

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.