Gündəm / Cəmiyyət
15 yanvar 2021
71

ZƏFƏRİ ZƏHƏRƏ ÇEVİRƏN İCRA BAŞÇISI KİMDİR

ZƏFƏRİ  ZƏHƏRƏ ÇEVİRƏN İCRA BAŞÇISI KİMDİR

Bildiyiniz qədəri ilə Azərbaycan Respublikası 30 - ildən sonra yadda qalan tarixi hadisəyə imza atmışdır.

Milliinfo.az Bildirmək istəyirik ki, Vətən müharibəsindəki qələbəmizə, biz Ali baş komandan İlham Əliyevin komandanlığı və xalqın birliyi nəticəsində nail olmuşuq. Dağlıq Qarabağın və ərazi bütövlüymüzün bərpasında hünər göstərən rəşadətli ordumuzun zabit və əsgərlərinin bu Zəfərin əldə edilməsindəki rolu əbədi olaraq Azərbaycan tarixinin qızıl fondında qızıl həriflərlə yazılacaq.Bu zəfər heç bir kəs tərəfindən kiçildilə bilməz istər məmur ,istər adi bir şəxs olsun bu Azərbaycan xalqının əldə etdiyi zəfərə heç bir kəs kölgə sala bilməz.

Amma çox təsüflər olsun ki, hələdə içimizdə Zəfəri bizə yaşadan Qəhraman şəhid ailələrinə olunan münasibətdə Zəfəri Zəhərə çevirən məmurlar vardır. Belə ki, bir çox şəhid ailələri yaşadıqları ərazilərdə öz güclərinə şəhidlərinin xatirəsinə ucaldıqları şəkil lövhələrinin sökülməsi haqqında redaksiyamıza müraciət edən şəhid ailələri yaranmış vəziyyətdən böyük məyyusluq keçirdiklərini bildirdilər.
ZƏFƏRİ  ZƏHƏRƏ ÇEVİRƏN İCRA BAŞÇISI KİMDİR
Xızı rayonunun Xələnc kəndindən Şəhid qardaşı olan Ağapənah Verdiyev və Xızı şəhərində yaşayan digər şəhid atası Şakir İsayev redakziyamıza açıqlamasında dünən rayon icra başçısı Xəzər Aslanov göstərişi ilə başçının müavini Arzu Əzizov Xələnc kəndində şəhid Natiq Verdiyevin kəndin girişində şərəfinə ucaldılmış şəkil lövhəsinin sökülməsinə başçılıq edib.Şəhidin qardaşı Verdiyev Ağapənahın bildirdiyinə görə İcra hakimiyyətini bu hərəkəti həm kənd əhalisini və eyni zamanda şəhid ailəsinidədə böyük məyyusluq yaradıb.

Digər şəhid atası Şakir İsayevin bizə bildirdiyinə görə Xızı rayonunu ərazisinədən Vətən müharibəsində iştirak edən səkkiz şəhid ailəsinin olduğunu qeyd etdi. Oda Rayon İcra hakimiyətinin başçısı Xəzər Aslanovun gösrərişi əsasında şəhidə və şəhid ailəsinə olan münasibəti pisləyərək özünündə bir şəhid ailəsi kimi bu günə qədər rayon icra hakimiyyəti tərəfindən ailələri ilə maraqlanan olmadığını dedi . Şakir İsayev onun ailəsinə olan münasibətdə qeyd edərəki onuda bildirdi ki, şəhid olan övladının qəbir daşınıda öz hesabına qurubdur .

Xızı rayonundan Vətən müharibəsində döyüşmüş vuruşmuş qazi olmuş igid əsgərlərmizdə bu hadisədən çox məyus olduqlarını şəhidlərin hələ qanı qurumamış , Xızı rayon icra hakimiyyətinin başçısının göstərişi əsasında bu ögey münasibətin cavabsız qalmaması üçün bütün vətən müharibəsində iştirak edənlər adından yaxın günlərdə Ölkə başçısına müraciət edəcəklərini bildirdilər.

P.S Bizdə yaranmış vəziyyəti pisləyərək düşünürük ki,hələdə görünür öz ideya və maraqlarını hər şeydən üstün tutan məmurlar vardır. Əyər belə olmasaydı Ali baş komandan İlham Əliyevin başşılığı və xalqımızın birliyi sayəsində 44 – günlük Zəfərlə bitmiş müharibənin 64 – cü gününü Xızı rayon icra başçısı Xəzər Aslanov Zəfəri şəhid ailəsinin zəhərinə çevirməzdi. Biz bir mediya olaraq inanırıq ki, xalqın ,millətin hesiyyatı ilə oynamağa çalışan məmurlara qarşı amansız olan Ölkə başçısı cənab İlham Əliyev yaranmış vəziyyətə öz münasibətini bildirərək yaxın günlərdə Xəzər Aslanovada layiqli yerini göstərəcək.


ZƏFƏRİ  ZƏHƏRƏ ÇEVİRƏN İCRA BAŞÇISI KİMDİR



Xəbəri hazırladılar
Rövşən Qasımov
Şəfa Həsənova