Gündəm / Hadisə
13 iyul 2021
26

Ağcabədidə birmərtəbəli evdə yanğın olub

Ağcabədidə birmərtəbəli evdə yanğın olub

Ağcabədi rayonunun Hacıbədəlli kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Milliinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 kvadratmetr sahədə, dam örtüyü 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.