Gündəm / Siyasət
26 iyul 2021
29

Azərbaycanın Türkiyədə yeni səfiri o oldu

Azərbaycanın Türkiyədə yeni səfiri o oldu
Prezident İlham Əliyev Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, R. Məmmədov 2015-2021-ci illərdə Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub.