Gündəm / Hadisə
11 avqust 2021
21

"Ən böyük yardımı Azərbaycandan aldıq" - Türkiyəli nazir

"Ən böyük yardımı Azərbaycandan aldıq" - Türkiyəli nazir

Meşə yanğınları ilə mücadiləmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox-çox təşəkkür edirik.

Bu sözləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Azərbaycanın yanğınla mücadiləyə verdiyi dəstəyi, canlı qüvvə və texnikanı sadalayaraq vurğulayıb ki, göstərilən kömək əsl qardaşlıq nümunəsidir.