Gündəm / Cəmiyyət
21 sentyabr 2021
101
Bu tarixdən bütün marşrut sürücülərindən COVID pasportu tələb oluna bilər
![Bu tarixdən bütün marşrut sürücülərindən COVID pasportu tələb oluna bilər Bu tarixdən bütün marşrut sürücülərindən COVID pasportu tələb oluna bilər](/uploads/posts/2021-09/medium/1632208855_1610331161_bakubus-avtobus.jpg)
Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabr ayının 1-dən koronavirus infeksiyasına qarşı hər iki peyvənd olunmayan taksi sürücüləri barədə qanuna müvafiq tədbirlər görüləcək.
Bu reydlər yalnız taksi sürücülərinə aid ediləcək, yoxsa bütün sərnişindaşıma sürücülərinə? Avtomobildə maksimum 4 sərnişin daşıya biləcək sürücülərə qarşı reydlər keçirilirsə, bu proses 35-40 sərnişin daşıyan asvtobus sürücülərinə də aid edilməlidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir: "Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə əks olunub.
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Müəyyən olunan norma və qaydaların təmin olunması istiqamətində DİN əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur".
E. Hacıyev deyib ki, bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.(trend)
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO](/uploads/posts/2021-09/medium/1632199292_1632196721_1598856469_46bf6cb0-36f1-11ea-bbfd-6d190afb31e6_858.jpg)
Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
Gündəm / Cəmiyyət![Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib](/uploads/posts/2021-09/medium/1630485934_restoran.jpg)
Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib
Gündəm / Cəmiyyət![Tələbələrin COVİD-19 pasportu olması ilə bağlı qərar qüvvəyə mindi](/uploads/posts/2021-09/medium/1630470404_1630443093.612df0c82d982612df0c82d9831630400712c2607a6fd7a68213769b47d1a0b46c47.jpg)
Tələbələrin COVİD-19 pasportu olması ilə bağlı qərar qüvvəyə mindi
Gündəm / Təhsil![Operativ Qərargahdan yeni qərarlar - Rəsmi](/uploads/posts/2021-07/medium/1627298693_nazirlerkabinet.jpg)
Operativ Qərargahdan yeni qərarlar - Rəsmi
Gündəm / Cəmiyyət![Bu gündən peyvənd olunmayan işçilər plazalara buraxılmır](/uploads/posts/2021-09/medium/1630589029_pasport.jpg)
Bu gündən peyvənd olunmayan işçilər plazalara buraxılmır
Gündəm / Sosial