Gündəm / Siyasət
02 oktyabr 2021
16

"Bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir" - Prezidentdən Ərdoğan və Putinin görüşünə MÜNASİBƏT

"Bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir" - Prezidentdən Ərdoğan və Putinin görüşünə MÜNASİBƏT

"Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

"Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir", - Prezident vurğulayıb.