Gündəm / Cəmiyyət
05 noyabr 2021
32
ELAN EDİLDİ: Türkiyə gələcəyin silahını yaradır
Türkiyənin müdafiə sənayesi bütün mümkün ssenariləri nəzərə alaraq gələcəyin silahını yaradır.
Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir ASELSAN şirkətinin təşkil etdiyi “Gələcəyi bu gün layihələndir” mövzusunda seminarda çıxışı zamanı deyib.
İ.Dəmir bildirib ki, Türkiyənin müdafiə sənayesi qabaqcıl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli silah tələbatları vaxtında ödəməyə çalışır.
Seminarda Türkiyə Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi İdarəsi, ASELSAN və digər müdafiə şirkətlərinin nümayəndələri iştirak ediblər.
İ.Dəmir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində dövlət və özəl sektorun iştirakı arasında balansın vacibliyini dəfələrlə vurğulayıb.
O əlavə edib ki, təsisçi şirkətlər və ya dövlət iştiraklı şrikətlər strateji və orta müddətli biznesə diqqət yetirməli və özəl sektor və kiçik və orta müəssisələr üçün yol açmalıdırlar.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - VİDEO](/uploads/posts/2021-08/medium/1629263829_a497fb8baa2f874d76a6a97a76617dac.jpg)
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - VİDEO
Gündəm / Dünya![Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq](/uploads/posts/2019-04/medium/1556088900_749349.jpg)
Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq
Siyasət![Azərbaycanın yeni lazer güdümlü bombası budur -İstənilən obyekti məhv etmək olacaq](/uploads/posts/2019-05/1557211121_46577.jpg)
Azərbaycanın yeni lazer güdümlü bombası budur -İstənilən obyekti məhv etmək olacaq
İqtisadiyyat![Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi](/uploads/posts/2021-10/medium/1634561017_1634555451.a3c48490-008e-3074-98f6-0e0e1365b2ed_850.jpg)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi
Gündəm / Cəmiyyət![Türkiyə Müdafiə Nazirliyi: "Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir"](/uploads/posts/2020-10/medium/1602405548_1b3812da-1744-39aa-a6b1-506c5bf82f90-1.jpg)
Türkiyə Müdafiə Nazirliyi: "Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir"
Gündəm / Dünya