Gündəm / Dünya
08 dekabr 2021
36

Hindistanın Baş Qərargah rəisini daşıyan helikopter qəzaya UĞRADI

Hindistanın Baş Qərargah rəisini daşıyan helikopter qəzaya UĞRADI

Hindistanın Baş Qərargah rəisi general Bipin Ravatı daşıyan hərbi helikopterin qəzaya uğradığı açıqlanıb.

Hadisə Tamil Nadu əyalətində baş verib.

Hindistanın dövlət televiziyası Prasar Bharati yerli sakinlərin alov içində olan helikopteri söndürməyə çalışdığını və yaralıların olduğunu bildirib. Hələlik ölənlər barəsində məlumat yoxdur.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.