Gündəm / Mədəniyyət
21 dekabr 2021
49
Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Elşən Carhanlı 59 yaşında qəflətən dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə onun tanışları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. Elşən Carhanlı 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri mədəniyyət işçisi döş nişanı ilə təltif olunub. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi](/uploads/posts/2021-09/medium/1630759289_mycollages__32_.jpg)
Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi
Gündəm / Cəmiyyət![Kukla Teatrının aktyoru Mansur Mansurov dünyasını dəyişib](/uploads/posts/2020-04/medium/1587646377_315ea0c46553495.jpeg)
Kukla Teatrının aktyoru Mansur Mansurov dünyasını dəyişib
Mədəniyyət![Əməkdar artist koronavirusdan vəfat etdi](/uploads/posts/2021-08/medium/1630328452_1630326826.228313_x14bqst6hx.jpg)
Əməkdar artist koronavirusdan vəfat etdi
Mədəniyyət![Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verdi - FOTO](/uploads/posts/2021-08/medium/1629116052_3-ismayil-abdulqadirov.jpg)
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verdi - FOTO
Gündəm / İdman![Əməkdar artist vəfat etdi](/uploads/posts/2021-11/medium/1637052473_1637048996_412140202_409_0_1620_1333_1920x0_80_0_0_ec890c950f166278d934e3fa868480d6-1.jpg)
Əməkdar artist vəfat etdi
Gündəm / Mədəniyyət