Gündəm / Cəmiyyət
22 dekabr 2021
77

Metropoliten əməkdaşı iş yerində vəfat etdi

Metropoliten əməkdaşı iş yerində vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki iş yerində dünyasını dəyişib.

Bu Metropolitendən məlumat verilib.

Bildirilib ki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55-də “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər o dünyasını dəyişib.