Gündəm / Hadisə
08 fevral 2022
20

Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - FOTO

Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - FOTO

Qocaman energetik, uzun illər energetika sahəsində məsul vəzifələrdə çalışmış İsmayılov Xalid Hacı-Bala oğlu vəfat edib.

95 yaşlı energetik ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Xalid İsmayılov 13 mart 1927-ci ildə Zaqatala şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakultəsini bitirib. 1948-1964-cü illərdə “Azərenerji”-nin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. 1964-1969-cu illərdə “Qafqazenerjitikinti” Trestinin müdir müavini vəzifəsində, 1969-1971-ci illərdə “Qafqazenerjiquraşdırma” Trestinin müdiri vəzifəsində, 1971-1987-ci illərdə “Azərenerji” İB-nin baş mühəndisi vəzifəsində çalışıb. 1987-ci ildə təqaüdə çıxıb.

2002-ci ildən Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdə məsləhətçi vəzifəsində işləyib.

1988-ci ildə Azərbaycan Respublikası Dövlət mükafatı ilə təltif edilib