Gündəm / Cəmiyyət
17 fevral 2022
22

İcra başçısı özünə yeni birinci müavin təyin etdi

İcra başçısı özünə yeni birinci müavin təyin etdi

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev özünə yeni birinci müavin təyin edib.

“Qafqazinfo”nun məlumatına görə, icra başçısının müvafiq sərəncamı ilə bu vəzifəyə Leysan Məmmədov gətirilib.

Qeyd edək ki, Leysan Novruz oğlu Məmmədov bundan əvvəl 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər isə Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi çalışıb.