Gündəm / Cəmiyyət
26 fevral 2022
22

"Siz Azərbaycan ərazisindəsiniz" - Hərbçilərimizdən ermənilərə XƏBƏRDARLIQ (VİDEO)

"Siz Azərbaycan ərazisindəsiniz" - Hərbçilərimizdən ermənilərə XƏBƏRDARLIQ (VİDEO)

Azərbaycan hərbçiləri bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocalı rayonu, Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edib.

Bu barədə Caliber.az-a hərbi mənbələrdən məlumat daxil olub.

Həmin xəbərdarlıqda deyilir: “Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın!

Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Əks halda sizə qarşı güc tətbiq olunacaq. Baş verənlərə görə məsuliyyət daşıyırsınız.

Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!”