Gündəm / Dünya
05 mart 2022
23

Bu ölkə Ukraynaya döyüş təyyarəsi verməkdən imtina edir

Bu ölkə Ukraynaya döyüş təyyarəsi verməkdən imtina edir

Slovakiya öz təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırmır.

Bu barədə Slovakiya Müdafiə Nazirliyinin sözçüsü Martina Koval-Kakaşçikova bildirib.

“Slovakiya öz təyyarəsini Ukrayna tərəfinə təhvil verməyi planlaşdırmır. Bu məsələ heç vaxt müzakirə olunmayıb. Biz adekvat dəyişdirilmədən hava məkanımızın mühafizəsinin belə mühüm elementini başqa ölkəyə ötürə bilmərik” - qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında Bolqarıstan, Polşa və Slovakiyanın müharibəyə məruz qalan ölkəyə döyüş təyyarələrinin veriləcəyi bildirilmişdi.