Gündəm / Dünya
19 mart 2022
33

Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI

Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI

“Ukrayna Silahlı Qüvvələri düşmənin işğal etdiyi ərazilərdəki qoşunlarına zərbə endirib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.

Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:

“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib, düşmənin itkiləri dəqiqləşdirilir”.