Gündəm / Dünya
10 may 2022
24

Rusiyalı jurnalistlər müharibənin gedişatını tənqid etdilər - FOTO

Rusiyalı jurnalistlər müharibənin gedişatını tənqid etdilər - FOTO


Fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan jurnalistlər və ekspertlər müharibənin gedişi ilə bağlı narahatlığını ifadə etməyə başlayıblar.

Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Rusiya dövlət televiziyasında yayımlanan proqramda Putinə yaxınlığı ilə tanınan Vladimir Solovyov cəbhədə dəstəyin çox ləng getdiyini bildirib.

"Silah və sursatların əsgərlərə çatması üçün tələb olunan vaxt utancverici dərəcədə uzundur" , - deyə Solovyov bildirib.

Digər tərəfdən müharibə strateqi Mixail Xodaryonok rus əsgərlərinə göndərilən silahların köhnə texnologiyaya malik olduğunu bildirib. Xodaryonok “Ehtiyat çatışmazlığı var, ona görə də yeni birliklər yaradıla bilməz” şərhini verib.

Rusiya dövlət televiziyasında yayımlanan sessiyada hər fürsətdə Kremlin addımlarını dəstəkləyən “müharibə müxbiri” Aleksandr Sladkov “Komandirlər utancverici dərəcədə qətiyyətsizdirlər. Rusiya ordusunun Ukrayna qüvvələri üzərində say baxımından heç bir üstünlüyü yoxdur. Onlar ukraynalılarla təkbətək döyüşürlər”, - deyə o bildirib.

Dövlət televiziyası ilə yayımlanan açıq iclasdan sonra Kreml administrasiyası heç bir açıqlama verməyib.