Gündəm / Cəmiyyət
23 may 2022
29

"PUA-larımız Qarabağda ölüm maşını kimi təqdim edildi" - Ərdoğan

"PUA-larımız Qarabağda ölüm maşını kimi təqdim edildi" - Ərdoğan


"Ukraynada uğurlarına görə adına mahnılar bəstələnən PUA-larımız Qarabağ müharibəsində günahsız insanları qətlə yetirən ölüm maşınları kimi təqdim edilirdi".

Milliinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün Türkiyənin NATO-nun təhlükəsizliyinə töhfələr verdiyini tərifləyənlər dünənə kimi Liviyada və Suriyada atdığımız addımlara görə ölkəmizi sərt şəkildə tənqid edirdilər", - Ərdoğan vurğulayıb.