Gündəm / İdman
11 iyun 2022
19

Millətlər Liqası: Avropa çempionatının finalçıları üz-üzə - AFİŞA

Millətlər Liqası: Avropa çempionatının finalçıları üz-üzə - AFİŞA


Bu gün UEFA Millətlər Liqasında III turun son görüşləri keçiriləcək.

Son oyun günündə bütün diqqətlər Avropa çempionatının son finalçıları arasında baş tutacaq matçda olacaq.

Qrupda autsayder olan İngiltərə ardıcıl ikinci il mundiala vəsiqə qazanmamış, ancaq bu qrupda lider olan Avropa çempionu İtaliyanı qəbul edəcək.

İlk iki oyundan maksimum nəticə qazanmış Türkiyə yığması isə səfərdə özü kimi altı xal toplamış Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək. Qalib qrup liderini müəyyənləşdirmək baxımından həlledici matç olacaq.

UEFA Millətlər Liqası

III tur
A Liqası

3-cü qrup

22:45 İngiltərə – İtaliya
22:45 Macarıstan – Almaniya

Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə - 1.

4-cü qrup

22:45 Niderland – Polşa

22:45 Uels – Belçika

Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0.

B Liqası

1-ci qrup

17:00 Ukrayna – Ermənistan

20:00 İrlandiya – Şotlandiya

Xal durumu: Şotlandiya – 3 (1), Ukrayna 3 (1), Ermənistan – 3, İrlandiya – 0.

3-cü qrup

22:45 Monteneqro – Bosniya və Herseqovina

22:45 Rumıniya – Finlandiya

Xal durumu: Finlandiya – 4, Bosniya və Herseqovina – 4, Monteneqro – 3, Rumıniya – 0.

C Liqası

1-ci qrup

20:00 Farer adaları – Litva

22:45 Lüksemburq – Türkiyə

Xal durumu: Türkiyə – 6, Lüksemburq – 6, Farer adaları – 0, Litva – 0.