Gündəm / Hadisə
29 iyun 2022
23

Həyətdə oynamağa çıxan azyaşlı itkin düşdü

Həyətdə oynamağa çıxan azyaşlı itkin düşdü


Bakıda azyaşlı itkin düşüb.

Lent.az-ın məlumatına görə, paytaxtın Suraxanı rayonu, Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində yaşayan 8 yaşlı Bağırov Yusif Dadaş oğlu yaşadığı evin həyətində oynamaq üçün çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası G.Əmirxanova Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciətində bildirib.

Hazırda uşağın tapılması üçün axtarış tədbirləri keçirilir.