Gündəm / Dünya
21 iyul 2022
22

Rusiya əsir götürdüyü uşaqları qaytardı

Rusiya əsir götürdüyü uşaqları qaytardı


Rusiya müharibə zamanı əsir götürdüyü 46 uşağı Ukraynaya qaytarıb.

Bunu mətbuata açıqlamasında Ukraynanın Uşaq Hüquqları və Uşaq Reabilitasiyası üzrə müşaviri Daria Gerasimçuk deyib.

O vurğulayıb ki, digər uşaqların adları olmadan axtarışa başlamaq mümkün deyil.

“İlk addım uşaqları müəyyən etməkdir. Bu, deportasiya və ya köçkün elan edilmiş uşaq haqqında mümkün qədər çox məlumat toplamaq üçün bütün bazaların uzlaşdırılmasıdır. Bunu həm tibb sahəsi, həm sosial, həm də təhsil sahəsi üzrə edirik”, – deyə Gerasimçuk bildirib.