Gündəm / Dünya
08 avqust 2022
36

İraqda istilər nəticəsində sursat anbarı partladı - 7 ÖLÜ

İraqda istilər nəticəsində sursat anbarı partladı - 7 ÖLÜ


İraqın cənubunda yerləşən Nəcəf şəhərində Olimpiya Stadionunun yaxınlığında partlayış baş verib.

Miliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış şiə lideri Müqtəda Sədrin rəhbərlik etdiyi Sədr Qrupunun silahlı qanadı olan Saraya əl-Salam-a məxsus silah və sursat anbarında qeydə alınıb.

Partlayış nəticəsində 7 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb.

Bildirilib ki, partlayışa Nəcəf şəhərində həddən artıq istilər səbəb olub.