Gündəm / Sosial
11 avqust 2022
27

Temperatur 42 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ

Temperatur 42 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.