Gündəm / Hadisə
29 avqust 2022
14
Bakıda açıq ərazidə yanğın başlayıb
![Bakıda açıq ərazidə yanğın başlayıb Bakıda açıq ərazidə yanğın başlayıb](http://azadmedia.az/uploads/posts/2022-08/1661780993_1661779850_1657782676_agacliq.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)