Gündəm / Dünya
10 oktyabr 2022
11

Kiyevin raketlərlə vurulma anı - Video

Kiyevin raketlərlə vurulma anı - Video


Xəbər verdiyimiz kimi, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini raket atəşinə tutub. Kiyevdə partlayışlar zamanı 8 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb.

Kiyevin vurulması anı gənc bir paytaxt sakininin lentə aldığı videoya yansıyıb. Belə ki, paytaxta atılan raketlərdən biri küçədə hərəkət edən qızın yaxınlığında partlayıb.

Bununla yanaşı, Kiyevdə piyadalar üçün nəzərdə tutulan körpünün vurulması anı da təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

“Qafqazinfo”