Gündəm / Hadisə
25 oktyabr 2022
8
Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var
![Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var](http://azadmedia.az/uploads/posts/2022-10/1666721277_1657607528_1651988505_1647858425_1647796945_qeza_0369.jpg)
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb. Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)