Hadisə
16 may 2019
49
Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub
![Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub](/uploads/posts/2019-05/1557992939_f45cd434-b6ee-41de-900d-48f76b22b3b8.jpg)
Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.
Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)