Hadisə
16 may 2019
67

"Səbiş" adlı narkotacirdən ETİRAF — "Üstümdə də, evdə də var idi" – VİDEO

"Səbiş" adlı narkotacirdən ETİRAF — "Üstümdə də, evdə də var idi" – VİDEO




Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
Beş.az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş" adlı şəxsdən aldığını bildirib.

Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Səbinə Quliyeva – Saxlanılan şəxs: "6-cı bölmə polis işçiləri tutdu. Üstümdə 50 qram var idi. Evdə də heroin var idi. Aldığım heroini satdıqdan sonra pulu aldığım adama verəcəkdim".

Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Edward
May I just say what a relief to discover someone
that genuinely understands what they are talking
about on the internet. You definitely understand how to bring
a problem to light and make it important. A lot more people
need to look at this and understand this side of the story.
I can't believe you are not more popular because
you surely possess the gift.

My site - แหล่งความรู้ออนไลน์