Hadisə / Dünya
23 aprel 2020
107

Şimali Koreya lideri Kim Çen İr vəfat edib

Milliinfo.az

Şimali Koreya lideri Kim Çen İr vəfat edib


Şimali Koreya lideri Kim Çen İr vəfat edib

Şimali Koreya Dövlət televiziyası ölkə rəhbəri Kim Çen İrin vəfat etdiyi barədə xıəbər yayıb.
Onun 69 yaşı var idi.



Televiziya aparıcısı Kim Çen İrin "fiziki və zehni yorğunluq nəticəsində" vəfat etdiyini bildirib.

Şimali Koreya televiziyasının məlumatına əsasən, Kim Çen İr bölgərə səfər etdiyi zaman dünyasını dəyişib.

Şimali Koreya dövlət informasiya agentliyinin məlumatına görə, Kim Çen İrin ölümünə səbəb infarkt olub.

Kim Çen İr Şimali Koreyaya 1994-cü ildən rəhbərlik edir.

Şimali Koreya televiziyası Kim İr Senin hələ 30 yaşına çatmamış kiçik oğlu Kim Çen Unu "böyük varis" adlandırıb.

Şimali Koreyanın Dövlət informasiya agentliyi Koreya xalqını Kim Çen Un ətrafında birləşməyə çağırıb.

Son 1 il ərzində Şimali Koreya kütləvi informasiya vasitələri Kim Çen Unu məhz Kim İr Senin varisi kimi təqdim edib.