Siyasət / Dünya
23 aprel 2020
23

Koronavirus xəstəsi Şimali Koreyadan qaçarkən vuruldu

Milliinfo.az

Koronavirus xəstəsi Şimali Koreyadan qaçarkən vuruldu


Koronavirus xəstəsi Şimali Koreyadan qaçarkən vuruldu
Çinlə Şimali Koreya arasındakı sərhəddən axan Tümən çayını keçməyə çalışan koreyalını çinli hərbçilər vuraraq yaralayıblar.

“Report” “Haber 7”yə istinadən xəbər verir ki, məlumatı Çin KİV-i “təcili” kodu ilə yayıb.

Bildirilib ki, kimliyi açıqlanmayan həmin şəxs Çində xəstəxanaya yerləşdirilib. Xəstəxanada müayinə zamanı onun koronavirusdan qan testinin nəticəsi müsbət olub.

Hadisə ilə bağlı nə Çin, nə də Şimali Koreyanın rəsmi dairələri açıqlama verməyib.

Qeyd edək ki, Şimali Koreya hakimiyyəti ölkədə koronavirusa yoluxanlarla bağı rəsmi olaraq açıqlama yaymayıb.

Ancaq Şimali Koreyanın Rusiyanın Vladivostok şəhərindəki baş konsulu ölkəsində 2 280 vətəndaşın və 2 əcnəbinin koronavirus diaqnozu ilə karantində saxlanıldığını bildirmişdi.