İdman
16 iyun 2023
1

İki güləşçimiz Avropa çempionatının finalında

İki güləşçimiz Avropa çempionatının finalında


Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

55 kq-da Hacı Kərimov və 110 kq-da Yusif Dursunov adlarını həlledici görüşə yazdırıblar.

Kərimov yarımfinalda fransalı Ubayda İtayev üzərində inamlı qələbə qazanıb - 12:0. Dursunov isə türkiyəli Arda Gülerə 11:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.