İdman
07 oktyabr 2023
1

Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək - AFİŞA



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunları keçiriləcək.

İkinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq. Rayonun eyniadlı komandası “Səbail”i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Günün digər matçında “Sabah” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası

IX tur

7 oktyabr

16:00. “Qəbələ” - “Səbail”

Baş hakim: Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

18:00. “Sabah” - “Araz-Naxçıvan”

Baş hakim: Rauf Cabarov

“Bank Respublika Arena”

Qeyd edək ki, dünən startı verilən turun ilk oyununda “Zirə” öz meydanında “Turan Tovuz”dan güclü olub. Sabah keçiriləcək “Sumqayıt” - “Kəpəz” və “Neftçi” - “Qarabağ” matçları ilə IX tura və I dövrəyə yekun vurulacaq.