İdman
31 avqust 2021
52

Azərbaycan Tokio-2020-də 10-cu qızıl medalını qazandı

Azərbaycan Tokio-2020-də 10-cu qızıl medalını qazandı

Tokio-2020 çərçivəsində keçirilən idman oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb.

Bununla da Azərbaycan dünya üzrə ümumi medal sıralamasıda 14 medalla 10-cu yerdə qərarlaşıb.

Belə ki, Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh "100 metr sərbəst" kateqoriyasında 52.69 saniyəlik nəticə göstərərək qızıl medal qazanıb.

Bu, idmançımızın Tokio Paralimpiadasında ikinci qızıl medalıdır. O, daha əvvəl 100 m məsafəyə arxasıüstə üzgüçülük yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Qeyd edək ki, bu barədə Azərbaycan Milli Olimpia Komitəsi məlumat yayıb.