Siyasət / Dünya
17 iyul 2020
49

Türkiyə parlamentindən Azərbaycana dəstək: Partiyalar ortaq açıqlama yaydı

Türkiyə parlamentindən Azərbaycana dəstək: Partiyalar ortaq açıqlama yaydı

Milliinfo.az
Azərbaycan və Ermənistan arasındakı gərginliyin artdığı günlərdən Türkiyədən Azərbaycana dəstək gəlməyə davam edir.

Metbuat.az xəbər verir ki, daha bir dəstək Türkiyə parlamentindən gəlib. "AK Parti", "CHP", "MHP" və "İYİ Parti" millət vəkilləri ortaq açıqlama yayımlayaraq Ermənistanın Azərbaycana qarşı hücumunu qınayıblar. Açıqlamada qeyd edilib ki, Ermənistan BMT Təhlükəsizlik Şurası qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidirlər:
"Türkiyə parlamenti olaraq Ermənistan ordusunun 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz bölgəsinə etdiyi gücumu şiddətlə qınayırıq. Ermənistan səhv yoldadır".