Sosial
13 may 2019
32

Milli Qəhrəmanımızın səhhətindən son xəbər

Milli Qəhrəmanımızın səhhətindən son xəbər


Ukraynanın paytaxtı Kiyevdə insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin səhhəti yaxşılaşıb.

Beş.az xəbər verir ki. bu barədə məlumatı Axar.az-a Zabit Quliyevin yaxınları deyib. Onlar Zabit Quliyevin insult keçirməsi səbəbindən danışığında kiçik problemlər olduğunu, lakin müalicəylə bu problemin aradan qalxacağını bildiriblər.

Qeyd edək ki, Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirən Milli Qəhrəmanımızın müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.