Şou
08 aprel 2022
24

Emin Ağalarov "Jara"nın olmayacağını açıqladı

Emin Ağalarov "Jara"nın olmayacağını açıqladı


Xalq artisti Emin Ağalarov təşkilatçısı olduğu "Jara" beynəlxalq musiqi festivalının bu il də baş tutmayacağını açıqlayıb.

Buna hazırda dünyada baş verən hadisələrin səbəb olduğunu bildirib.

Qeyd edək ki, "Jara" musiqi festivalı 2016-cı ildən Bakıda keçirilir. Son iki ildə festival pandemiyaya görə baş tutmayıb.