Dünya
27 noyabr 2023
0
Cənubi Koreya və Yaponiya arasında münasibətlər normallaşdırılıb
“Koreya Respublikası və Yaponiya bir sıra görüşlər vasitəsilə münasibətləri normallaşdırmağa, etimadı bərpa etməyə nail olublar və ölkələr diplomatik fəaliyyətlərində diqqəti gələcəyə yönəldirlər”.
Bunu Koreya Respublikasının xarici işlər naziri Pak Çin yaponiyalı həmkarı Yoko Kamikava ilə görüşündə deyib.
Pak Çin qeyd edib ki, bu il keçirilən yeddi sammit və xarici işlər nazirlərinin altı görüşü, o cümlədən qarşılıqlı səfərlərlə ölkələr arasında etimad bərpa olunub və münasibətlər normallaşıb.
“Əməkdaşlıq bütün sahələrdə, o cümlədən diplomatiya, iqtisadiyyat, təhlükəsizlik və humanitar mübadilələr üzrə genişlənir. Gələcəyə istiqamətli əlaqələr qurulub”, - nazir bildirib.
Mənbə: TASS

Daha çox xəbər:

İlham Əliyev Koreya Prezidentini təbrik edib
Gündəm / Siyasət
Şimali Koreya lideri Kim Çen İr vəfat edib
Hadisə / Dünya
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, beynəlxalq nüfuzu artır".
Siyasət
İlham Əliyev və Si Cinpin arasında məktub mübadiləsi olub
Gündəm / Siyasət
Putinin yeni fərman imzaladı: Bu qərar çox sayda ölkə ilə münasibətləri gərginləşdirə bilər
Gündəm / Dünya