Gündəm / Cəmiyyət
24 fevral 2025
0

Gürcüstan parlamentində 14 qanun layihəsi irəli sürülüb: QHT-lərin iştirakı məcburi olmayacaq

Gürcüstan parlamentində 14 qanun layihəsi irəli sürülüb: QHT-lərin iştirakı məcburi olmayacaq

Gürcüstan parlamentində 14 qanun layihəsindən ibarət qanunvericilik paketi irəli sürülüb.

Sənədlərin icrasına başlandıqdan sonra ictimai qərarların qəbulu prosesində qeyri-hökumət təşkilatlarının iştirakı artıq məcburi olmayacaq.

Dəyişikliklərə əsasən, Prokurorlar Şurasına və Ümumi Məhkəmələrin Hakimlərin İntizam Kollegiyasına namizədlər QHT-lər tərəfindən irəli sürülmüş şəxslər arasından seçilməyəcək. Bundan əlavə, Milli Tənzimləyici Orqanda istehlakçıların maraqlarının müdafiəsinə cavabdeh olan qurumun formalaşmasında da QHT nümayəndələri iştirak etməyəcək.

Parlament çoxluğunun qərarına əsasən, bu dəyişikliklər QHT-lərin dövlət qərarlarının qəbulunda məcburi iştirakını nəzərdə tutan bütün qanunlara şamil ediləcək.(Report)