Gündəm / Cəmiyyət
02 fevral 2022
31
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək
Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsini özündə əks etdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim edilib.
“Qafqazinfo”nun “TRT Haber”ə istinadən məlumatına görə, qanun layihəsi fevralın 3-də TBMM-in Xarici Əlaqələr Komissiyasında müzakirə ediləcək.
Qeyd edək ki, fevralın 1-i “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan parlamentinin keçirilən iclasında müzakirə edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Daha çox xəbər:

Milli Məclisin yaz sessiyası başlayır
Gündəm / Cəmiyyət
"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Gündəm / Cəmiyyət
Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
Gündəm / Cəmiyyət
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV OLUNUR
Gündəm / Cəmiyyət
Azərbaycanda bu qanun LƏĞV EDİLDİ
Gündəm / Siyasət