Gündəm / Cəmiyyət
20 fevral 2025
0

Hava ilə bağlı növbəti xəbərdarlıq - 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Hava ilə bağlı növbəti xəbərdarlıq - 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Fevralın 21-də Bakı və Abşeron yarımadasında gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.

Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.