Gündəm / Dünya
21 fevral 2025
0
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
O bildirib ki, Adıyaman, Ankara, Aydın, Balıkesir, Bartın, Bilecik, Bursa, Diyarbakır, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Ordu, Rize, Tokat, Trabzon, Tunceli, Uşak ve Yozqar vilayətlərində keçirilən əməliyyat nəticəsində ümumilikdə 353 şübhəli saxlanılıb.
Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilib.
A.Yerlikaya qeyd edib ki, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizə davam edəcək.

Daha çox xəbər:

Türkiyənin 30 vilayətində əməliyyat: 91 nəfər saxlanıldı
Gündəm / Dünya
Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 108 nəfər saxlanıldı
Gündəm / Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 100-ə yaxın şübhəli saxlanılıb
Gündəm / Dünya
Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb
Gündəm / Dünya
Ankarada əməliyyat: 12 nəfər saxlanıldı
Gündəm / Dünya