Gündəm / Cəmiyyət
19 fevral 2025
0
Azərbaycanda elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb

Azərbaycanda fəaliyyət göstərən elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb.
Bu barədə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “SWIFT” İstifadəçilər Qrupunun nümayəndələri ilə görüş zamanı deyib.
O bildirib ki, maliyyə institutları və strateji tərəfdaşların Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olması və bu çərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqca mühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulması fintex sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyə sektorunda növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Görüş zamanı “SWIFT” təşkilatı tərəfindən reallaşdırılan hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər müzakirə olunub.
Eyni zamanda, görüşdə “SWIFT” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləri üzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarının nümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baş tutub.

Daha çox xəbər:

Elektron köçürmələrdə müştəri uyğunluğu tədbirlərinin əhatə dairəsi genişləndirilir
Gündəm / Cəmiyyət
Azərbaycanda təminatsız banklararası bazarın həcmi açıqlanıb
İqtisadiyyat / Gündəm
Aİ Rusiya Mərkəzi Bankına QADAĞA QOYDU
Gündəm / Dünya
Bu təşkilatın yerli filialı təhlükəsizliyi pozarsa, 10 min cərimələnəcək
Gündəm / Cəmiyyət
Yeni baş bankir islahatlardan DANIŞDI
Gündəm / Cəmiyyət