Gündəm / Dünya
28 fevral 2022
25

Aİ Rusiya Mərkəzi Bankına QADAĞA QOYDU

Aİ Rusiya Mərkəzi Bankına QADAĞA QOYDU

Avropa İttifaqı Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə "Bloomberg" Aİ-nin xarici siyasət rəhbəri Cozef Borrellə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Aİ Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatları qadağan edib.

"Biz bəzi Rusiya banklarını SWIFT-dən çıxarmaq və Rusiya Mərkəzi Bankının aktivlərini iflic edən sanksiyalar tətbiq etmək barədə razılığa gəldik.

Bu səbəbdən Rusiya Mərkəzi Bankının G7 ölkələrinin banklarında saxlanılan maliyyə ehtiyatlarının təxminən yarısı dondurulacaq. Bu Rusiyanın maliyyə sisteminə böyük təsir göstərəcək", - Borrell deyib.