Dünya
12 may 2020
37
Ermənistan Mərkəzi Bankının qarşısında aksiya keçirildi
Milliinfo.az
Ermənistan Mərkəzi Bankının binası qarşısında maliyyə qurumunun fəaliyyətinə etiraz olaraq aksiya keçirilib.
“Report” “Armenpress”ə istinadən xəbər verir ki, onlar bankın nümayəndəsi ilə görüş tələb ediblər.
Polis əməkdaşı aksiya iştirakçılarından birinin binaya keçərək Mərkəzi Bankın nümayəndəsi ilə görüşməyi təklif edib. Ancaq iştirakçılar görüşdən imtina ediblər.
Aksiyaçılar bankın nümayəndəsinin onlarla görüşə çıxmasını tələb ediblər.
Bundan sonra polis etirazçıları aksiyanı dayandırmağa çağırıb. Asayiş keşikçiləri bildiriblər ki, komendantın qərarı ilə aksiyaya icazə verilməyib və onlar məsafəni qorumalıdır. Ancaq etirazçılar aksiya keçirmədiklərini və bankın nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər.
Ermənistan polis rəisinin müavini Edqar Canoyan deyib ki, 2 nəfər mərkəzi polis bölməsinə aparılıb. Onlar polis əməkdaşının qanuni tələblərinə əməl etməməkdə ittiham olunurlar.

Daha çox xəbər:

"Polis ZORAKILIĞINA YOX"-Nazirlik ÖNÜNDƏ AKSİYA KEÇİRİLDİ:"Polis olma, İNSAN OL"
Cəmiyyət
Mərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin artdı
İqtisadiyyat
Ermənistanın BMT-dəki nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib
Cəmiyyət / Dünya
Praqada azərbaycanlıların aksiyası başlayıb
Cəmiyyət
“Sarı jiletlilər” əl çəkmir - 30 nəfər saxlanıldı, polis və jurnalist yaralandı
Dünya