Cəmiyyət
25 iyul 2020
69
Praqada azərbaycanlıların aksiyası başlayıb
Milliinfo.az
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazırda Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın aksiyası başlayıb.
Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.
Əllərində ermənilərin Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatlar zamanı həlak olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndirirlər.
Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.
Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.

Daha çox xəbər:

Kiyevdə Azərbaycan Ordusuna dəstək aksiyası
Cəmiyyət / Dünya
Ermənistanın BMT-dəki nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib
Cəmiyyət / Dünya
Azərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / Siyasət
Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək
Siyasət
Rusiyada Yaşayan Azərbaycanlılar Vətən Torpaqlarının Azad Olunması Uğrunda Mübarizəyə Qalxdılar
Cəmiyyət