Gündəm / Dünya
22 fevral 2025
0
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır

Avropa İttifaqı Ukraynaya əlavə 20 milyard dollar həcmində hərbi yardım etməyə hazırlaşır.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Yardım paketinə artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və digər silahlar daxil olmalıdır. Həmçinin Ukrayna briqadalarının döyüş qabiliyyətinin artırılmasına yönələcək yardımlar nəzərdə tutulur.
Avropa İttifaqı xarici işlər nazirlərinin yaxın vaxtlarda keçiriləcək toplantısında natural və nəğd vəsait formasında yardıma dair təşəbbüsü üzv dövlətlərlə razılaşdırmağa çalışır. Daha sonra Avropa İttifaqına üzv dövlətlərin dövlət və hökumət başçıları yardımın həcmi barədə razılığa gəlməli və paketi nəzərdə tutan sənədi imzalamalıdır.
Bununla belə, “Bloomberg“ yazır ki, Macarıstanın artıq bu təşəbbüsü dəstəkləməyəcəyini bəyan etməsi, Almaniyada seçkilər prosesin nəzərdə tutulmuş müddətdə həyata keçirilməsinə mane ola bilər.

Daha çox xəbər:

Ukraynaya 260 milyonluq hərbi yardım
Gündəm / Dünya
Bu ölkə Ukraynaya 1,6 milyard dollar ayıracaq
Dünya / Gündəm
NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi
Gündəm / Dünya
KİV: Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb
Gündəm / Dünya
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Gündəm / Dünya