Gündəm / Cəmiyyət
14 aprel 2022
29
Yeni baş bankir islahatlardan DANIŞDI

"Dövlət başçısı və ölkə parlamenti tərəfindən göstərilən yüksək etimada görə təşəkkürümü bildirirəm".
Bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov deyib.
O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetiriləcəyini bildirib.
T.Kazımov aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.

Daha çox xəbər:

"Tapşırıqları vaxtında və yüksək peşəkarlıqla yerinə yetirəcəm" - Taleh Kazımov
Cəmiyyət
Professor Azərbaycan bank sisteminin vəziyyətini şərh edir.
İqtisadiyyat
Taleh Kazımov sabiq polis rəisinin oğlu imiş
Gündəm / Cəmiyyət
Azərbaycanda daha bir yüksək rütbəli hərbçi həbs edildi
Hadisə
“Kapital Bank”ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq
İqtisadiyyat