Gündəm / Cəmiyyət
18 fevral 2025
0
Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib

Gözlənilən qarlı hava şəraitilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:
"Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcək", - məlumatda qeyd olunub.

Daha çox xəbər:

Bakıda rayon icra başçılarına XƏBƏRDARLIQ EDİLDİ
Gündəm / Sosial
Bağırov körpüsünü su basdı, Eldar Əzizov hadisə yerində - FOTO
Gündəm / Cəmiyyət
Feministlərin 8 Mart yürüşünə icazə verilmədi
Gündəm / Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyəti bir sıra rayonların başçılarına İRAD BİLDİRDİ
Gündəm / Cəmiyyət
İcra Hakimiyyətinin şöbə müdirini maşın vurub
Hadisə